Manat dollara nisbətdə möhkəmlənib

Manat dollara nisbətdə möhkəmlənib

30 Aprel 2015 10:00
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün aprelin 29-u ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının manata nisbətdə rəsmi məzənnəsi ucuzlaşıb.

Azərbaycan Mərkəzi Bankının (AMB) aprelin 30-na olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi 0,0007 manat və ya 0,07% ucuzlaşaraq 1,0487 manata düşüb.

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, manata nəzərən Avrozonanın vahid valyutası 0,0134 manat və ya 1,16% bahalaşaraq 1,1644 manat olub.

Mediainfo.az