
Elman Mehdiyev Gəncədə vətəndaşlarla görüşdü
Fond sədri Elman Mehdiyev Gəncədə vətəndaşları qəbul edib.
Dövlət Sosial Müdafiə Fondundan verilən məlumata görə, "Açıq qapı" şəraitində davam etdirilən görüşdə əvvəlcədən qəbula yazılanlardan əlavə gələn vətəndaşların da müraciətləri dinlənilib.
Belə ki, bu gün Gəncədə bu şəhərin, həmçinin Samux, Göygöl, Daşkəsən və Kəlbəcər rayonlarının sakinləri olan məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılar üçün növbəti qəbul keçirilib. "Açıq qapı" şəraitində davam etdirilən görüşdə əvvəlcədən qəbula yazılanlardan əlavə olaraq gələn vətəndaşların da müraciətləri dinlənilib. Vətəndaşların rahatlığı məqsədilə DSMF-nin sspf.gov.az rəsmi internet saytında qəbula əvvəlcədən yazılmaq imkanı yaradılıb, müraciət üçün əlaqə nömrələri göstərilib, qəbulda iştirak edənlərin Fondun müvafiq rayon şöbələrinin inzibati binasının qarşısından xüsusi ayrılmış nəqliyyat vasitələri ilə qəbulun keçirildiyi ünvana aparılıb-gətirilmələri təmin olunub.
Müraciətlər əsasən sosial sığorta və pensiya təminatı, o cümlədən sosial sığorta stajının müəyyənləşdirilməsi, pensiyaların məbləğinin yenidən hesablanması, başqa dövlətlərin ərazisində qazanılmış iş müddətinin sığorta stajına daxil edilməsi, həmçinin əmək pensiyası növünün dəyişdirilməsi və digər məsələləri əhatə edib. Müraciətlərin bir neçəsi isə məcburi dövlət sosial sığorta haqları ilə bağlı olub.
Fondun məsul əməkdaşlarının, Gəncə şəhəri Nizami və Kəpəz rayon, həmçinin Samux, Göygöl, Daşkəsən və Kəlbəcər rayon şöbə müdirlərinin iştirakı ilə keçirilən qəbulda ümumilikdə 40-dan çox vətəndaşın müraciətlərinə baxılıb.
Mediainfo.az