
Azərbaycana 15 ədəd iritutumlu sərnişin avtobusu gətirilib - FOTO
Azərbaycana 15 ədəd yeni iritutumlu sərnişin avtobusu gətirilib.
Bunu Apa-ya Nəqliyyat Nazirliyi Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin səlahiyyətli nümayəndəsi Əmrah Cəfərov bildirib.
"Koreyanın "Daewoo" şirkəti ilə bağlanan müqavilənin şərtlərinə əsasən, bu şirkət tərəfindən istehsal olunan 50 ədəd avtobusun Azərbaycana gətirilməsi nəzərdə tutulub. Artıq bu avtobuslardan 15-i Azərbaycana gətirilib", - deyə Ə. Cəfərov bildirib.
Onun sözlərinə görə, sabahdan etibarən Bakı-Naxçıvan, Bakı-Zaqatala, Bakı-Gəncə, Bakı-Qazax xəttinə buraxılacaq.
Xidmət rəisi əlavə edib ki, digər avtobuslar Azərbaycana yaxın zamanlarda gətiriləcək.
Mediainfo.az
Digər xəbərlər