Əbülfəs Qarayev Madriddə Ümumdünya Turizm Təşkilatının baş katibi ilə görüşüb - FOTO

Əbülfəs Qarayev Madriddə Ümumdünya Turizm Təşkilatının baş katibi ilə görüşüb - FOTO

16 Aprel 2015 11:05
Bəyəndim (0) Bəyənmədim (0)

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Madriddə Ümumdünya Turizm Təşkilatının baş katibi Taleb Rifai ilə görüşüb. Görüşdə mayın 18-19-da Bakıda keçiriləcək 3-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Ümumdünya Turizm Təşkilatının dəstəyi ilə təşkil ediləcək turizmin mədəniyyətlərarası dialoqda roluna dair xüsusi sessiyanın son hazırlıq işləri müzakirə edilib.

Görüş zamanı Ümumdünya Turizm Təşkilatı və MTN tərəfindən təmsil olunan Azərbaycan hökuməti arasında üzv ölkədə turizm kadr potensialının gücləndirilməsi sxemi üzrə ekspertin təqdim olunması barədə saziş imzalanıb.

Görüşdə müzakirə mövzusu olan digər məsələ isə Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisində turizm layihələrinin həyata keçirilməsindən yaranan narahatlıq olub. Nazir Ə. Qarayev bildirib ki, növbəti iclaslarda bu məsələ ciddi müzakirə olunacaq.

Mediainfo.az