
Bosniya və Herseqovinanın turizm şirkətlərindən ibarət 14 qrup Bakıya gələcək
Mədəniyyət və Turizm Nazirliyinin və Türk Hava Yollarının birgə təşkilatçılığı ilə Bosniya və Herseqovinanın aparıcı turizm şirkətlərinin təmsilçilərindən ibarət 14 nəfərlik qrup Azərbaycana səfər edəcək. Səfər çərçivəsində qonaqlar Bakı və Abşeron yarımadasının tarixi-memarlıq irsi və turizm potensialı ilə tanış olacaqlar. Səfər müddətində yerli turizm şirkətlərinin iştirakı ilə Azərbaycanın, Bosniya və Herseqovinanın turizm imkanlarının təqdimatını nəzərdə tutan təlimlərin və ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulub.
Mediainfo.az
Digər xəbərlər