Hüseyn Bağırov Beyləqanda vətəndaşlar qəbul edəcək

Hüseyn Bağırov Beyləqanda vətəndaşlar qəbul edəcək

15 Aprel 2015 15:11
Bəyəndim (0) Bəyənmədim (0)

Ekologiya və Təbii Sərvətlər naziri Hüseyn Bağırov aprelin 24-də Beyləqan, İmişli, Ağcabədi, FüzuliAğdam rayonlarında yaşayan vətəndaşları qəbul edəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən APA-ya verilən xəbərə görə, həmin gün saat 10:00-da Beyləqan şəhərində yerləşən Heydər Əliyev Mərkəzində baş tutacaq.

Qəbula gəlmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçün nazirliyin elektron poçt ünvanları, 168 saylı "Qaynar xətt"i, həmçinin Beyləqan Meşə Mühafizəsi və Bərpası Müəssisəsi ilə əlaqə saxlamaları xahiş olunur.

Mediainfo.az