
Fazil Məmmədov Ağdamda vətəndaşları qəbul edəcək
Aprelin 17-də vergilər naziri Fazil Məmmədov Ağdam rayonunun Quzanlı qəsəbəsində yerləşən Ağdam Olimpiya İdman Kompleksində (ünvan: Zərifə Əliyeva küçəsi) Ağdam, Tərtər, Ağcabədi vəLaçın rayonlarından olan vətəndaşları qəbul edəcək.
Vergilər Nazirliyinin Analitik informasiya şöbəsindən "APA-Economics"ə verilən məlumata görə, qəbulda vergilərin hesablanması, ödənilməsi, vergi nəzarəti tədbirləri sahəsində sahibkarların qarşılaşdıqları problemlər və vergi ödəyicilərinə göstərilən xidmətlərlə bağlı müraciətlərə baxılacaq.
Qəbulda iştirak etmək istəyən vətəndaşlar Vergilər Nazirliyinin 195 Çağrı Mərkəzi,Ağdam rayon vergilər şöbəsi (əlaqələndirici şəxs - Dadaşov Rəşad Anar oğlu, əlaqə telefonu: (020) 205-56-85, mobil (070) 635-94-62), 11 saylı Ərazi Vergilər Departamenti (əlaqələndirici şəxs - İltifat Abdullayev, əlaqə telefonu: (022) 336-00-30, mobil (050) 323-25-85), Bərdə rayonu vergi ödəyicilərinə xidmət mərkəzi (əlaqələndirici şəxs - Şakir Kərimov, əlaqə telefonu: (020) 205-36-99, mobil (050) 350-87-86), 8 saylı Ərazi Vergilər İdarəsi (əlaqələndirici şəxs - Mahir Qarayev, əlaqə telefonu: (021) 225-14-90, mobil (050) 330-77-55) vasitəsilə əlaqə saxlayıb qəbula yazıla bilərlər.
Mediainfo.az