Musa Quliyev: "Müəllim və həkimlərə dövlət qulluqçusu statusu verilməsi məsələsi gündəmdə deyil"

Musa Quliyev: "Müəllim və həkimlərə dövlət qulluqçusu statusu verilməsi məsələsi gündəmdə deyil"

10 Aprel 2015 16:27
Bəyəndim (0) Bəyənmədim (0)

Müəllimlərə və həkimlərə dövlət qulluqçusu statusun verilməsi məsələsi Milli Məclisin gündəmində deyil.

Bu barədə Apa -ya açıqlamasında Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev bildirib.

M. Quliyev bildirib ki, həkimlərin və müəllimlərin maaşlarının artırılması, diferensiallaşmış maaş həmişə diqqət mərkəzindədir, amma dövlət qulluqçusu statusunun verilməsi gündəmdə deyil: "Ola bilsin ki Azərbaycan prezidentinin tapşırığı ilə Nazirlər Kabineti bununla bağlı hansısa qərar verə bilər, amma gündəmdə belə bir məsələ yoxdur. Ona görə ki, heç dünya praktikasında da belə şeyə rast gəlinməyib. Dövlət qulluqçusu statusu dövlət sektorunda işləyənlərə şamil olunur, müəllim isə öyrədəndir, təhsil sektorundadır. Həkim də səhiyyə sektoruna aiddir. Həkim və müəllim dövlətdən asılı, məmur olmalı deyil".

M. Quliyev tütün məmulatlarından istifadənin məhdudlaşdırılması məsələsinin də hazırda gündəmdə olmadığını bildirib: "Yaz sessiyasında bu məsələ dəqiq gündəlikdə deyil. Amma ola bilər ki, payız sessiyasında bu məsələyə baxıla bilər".

Mediainfo.az