Yunanıstan satışa çıxarılır!

Yunanıstan satışa çıxarılır!

1 İyul 2011 16:37
Bəyəndim (0) Bəyənmədim (0)
Ölkə iflasdan qurtulmağın yolunu bunda gördü


500 milyard dollarlıq borcuna görə iflas uçurumunun kənarında dayanan Yunanıstan demək olar ki, satışa çıxarıldı. Ölkədəki hava limanları, fabriklər, sahillər, adalar, kazinolar və s. bazara çıxarılır. 2015-ci ilə kimi bütün bu sadaladıqlarımızın sahibi çıxacaq və Yunanıstan da borcunu ödəyəcək. Onu da qeyd edək ki, artıq biznesmenlər də daxil olmaqla bir çox zənginlər Yunanıstanın bu təklifləri üzərində baş sındırmaqdadırlar. Füsunkar təbii gözəlliyə malik ölkədən kim pay almaq istəməz ki?

Adını unutduğum hansısa bir mütəfəkkir deyib: "Dünyada hər şey və hər kəs satılır. Əgər razılıq vermirsə, deməli, qiyməti az təklif edirsən."

Günel Həbib

O.M.