Polşa Avropa İttifaqının yeni sədridir

Polşa Avropa İttifaqının yeni sədridir

1 İyul 2011 11:03
Bəyəndim (0) Bəyənmədim (0)

Macarıstan Avropa İttifaqına sədrliyi bu gündən Polşaya təhvil verir. Polşa 7 il əvvəl Avropa İttifaqına üzvlükdən bəri təşkilatda bu rolu ilk dəfə yerinə yetirəcək. Bu postda Polşanın əsas prioritetləri borc böhranı ilə mübarizə və Avropanın iqtisadi inkişaf sürətinin bərpasından ibarətdir. Həmçinin Polşa Avropa bazarının bundan sonrakı inteqrasiyası və təşkilatın qonşu dövlətlərlə əməkdaşlığının gücləndirilməsi üzrə fəaliyyət göstərəcək. Bundan başqa, Polşa Avropa İttifaqının genişləndirilməsi üzrə addımlar atmaq niyyətindədir. Xorvatiyanın Avropa İttifaqına üzvlüyünün yekunlaşdırılması və Serbiya ilə danışıqların başlaması ilə yanaşı, yeni sədr ölkə təşkilat daxilində də əməkdaşlığı gücləndirməyi nəzərdə tutub. Polşanın təşkilata dekabrın 31-dək davam edəcək sədrliyindən sonra 2012-ci il yanvarın 1-dən bu missiyanı Danimarka yerinə yetirəcək.

Köhnə ittifaq, yeni sədr.

Tofiq Əliyev

O.M.