Bu gün dollar cüzi bahalaşıb

Bu gün dollar cüzi bahalaşıb

3 Aprel 2015 09:30
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün aprelin 2-si ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının manata nisbətdə rəsmi məzənnəsi cüzi möhkəmlənib.

Azərbaycan Mərkəzi Bankının (AMB) martın 31-nə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi 0,0001 manat və ya 0,01% bahalaşaraq 1,0486 manat səviyyəsində qərarlaşıb. Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, manata nəzərən Avrozonanın vahid valyutası 0,0084 manat və ya 0,74% bahalaşaraq 1,1401 manat olub.

Mediainfo.az