DİQQƏT! "Rabitəbank" dollarla kredit götürmüş müştərilərinə güzəşt etdəcək!

DİQQƏT! "Rabitəbank" dollarla kredit götürmüş müştərilərinə güzəşt etdəcək!

6 Mart 2015 10:07
Bəyəndim (0) Bəyənmədim (0)
Bankdan rəsmi açıqlama

"Rabitəbank" ASC istehlak və mikrokrediti ABŞ dollarda olan, ödənişlərdə çətinlik çəkən müştərilərinə kredit müddətinin uzadılması və kredit üzrə 2%-dək güzəştin edilməsi imkanı yaradır.

Belə ki, dollarla kredit götürən müştərilərin ödənişlərində çətinliklərin qarşısını almaq üçün yeni ödəniş müddəti və ödəniş cədvəli ödəniş məbləğinin manat ekvivalenti ilə əvvəlki məbləğdə saxlanılmasına imkan yaradacaq. Bu güzəştdən faydalanmaq üçün krediti ABŞ dollarında olan müştərilər kredit aldıqları "Rabitəbank" filiallarına müraciət etməlidirlər.

Daha ətraflı məlumatı "Rabitəbank"ın "133 Məlumat Mərkəzi"ndən əldə etmək mümkündür!

Mediainfo.az