
Süni qiymət artımı ilə əlaqədar olaraq “ABC-Telecom” MM-yə iş qaldırıldı
Son günlərdə Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə "ABC-Telecom" MMC tərəfindən məişət avadanlıqlarının qiymətlərinin süni şəkildə artırıldığı barədə çoxsaylı vətəndaş müraciətləri daxil olub.
Bununla əlaqədar Dövlət Xidməti tərəfindən aparılmış araşdırmalar zamanı "ABC-Telecom" MMC tərəfindən satılan məişət avadanlıqlarının və mobil telefonların qiymətləri ilə manipulyasiya edilməklə qiymətlərin əsassız artırılması əlamətlərinin olduğu aşkar edilib.
"ABC-Telecom" barədə antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılıb.
Mediainfo.az
Digər xəbərlər