
Sabunçu-Ramana yolu təmir edilir
Sabunçu-Ramana avtomobil yolunda təmir işlərinə başlanıb. Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-dən verilən məlumata görə, buna səbəb Sabunçu qəsəbəsini Ramana qəsəbəsi ilə birləşdirən avtomobil yolunun bərbad vəziyyətə düşməsidir. 30 il əvvəlki hərəkət şiddətinə hesablanan yol konstruksiyası keçmiş normativlərə uyğun olaraq inşa olunduğu üçün 40 faizdən çox hissədə yol yatağı yararsız vəziyyətə düşüb. Artıq əraziyə materialların daşınması, texnikaların səfərbər olunmasına başlanılıb. Hazırda yol yatağının zədələnmiş hissələri çıxarılaraq yenisi ilə əvəzlənir.
Mediainfo.az
Digər xəbərlər