Xəzərlə bağlı növbəti iclas başlayır

Xəzərlə bağlı növbəti iclas başlayır

3 Mart 2015 15:20
Bəyəndim (0) Bəyənmədim (0)

Bakıda Xəzərin hüquqi statusu üzrə İşçi Qrupunun növbəti iclası keçiriləcək. Apa-nın məlumatına görə, iclas martın 4-5-də baş tutacaq.

Görüşdə Azərbaycan, Qazaxıstan, İran, Rusiya və Türkmənistandan işçi qrupunun üzvləri, xarici işlər naziri müavinləri iştirak edəcək. İclasda Astanada keçirilməsi planlaşdırlan Xəzəryanı ölkələrin növbəti sammitinin dəqiq tarixi müəyyənləşdiriləcək.

İclasda iştirak etmək üçün İran Xarici İşlər nazirinin müavini İbrahim Rəhimpur Azərbaycana səfər edib. Bu barədə İranın Azərbaycandakı Səfirliyindən məlumat verilib.

Xatırladaq ki, Xəzərin hüquqi statusu üzrə İşçi Qrupunun azərbaycanlı üzvü xarici işlər nazirinin müavini Xələf Xələfovdur.

Mediainfo.az