Elektron zibilliyi - Afrika!

Elektron zibilliyi - Afrika!

29 İyun 2011 15:45
Bəyəndim (0) Bəyənmədim (0)

İstifadə edilmiş cib telefonu, kompüter və s. bu kimi elektron əşyaların tullantısı hazırda dünyanın ən qlobal problemlərindən biridir. Problemin çözümü isə Afrika başda olmaqla digər yoxsul ölkələrdir... Qananın paytaxtı Akkrada göyə ucalan dumanları uzaqdan da görmək mümkündür. Dumanın çıxdığı nöqtəyə yaxınlaşdıqda isə burunu sızladan kəskin qoxu gəlməyə başlayır. Bu qoxu yanan elektron cihazlardan çıxır, hansı ki, onları kiçik uşaqlar yandırır və qarşılığında pul alırlar.

Qanada bu tip "iş" aysberqin sadəcə görünən hissəsidir. Birləşmiş Millətlər Təşkilatı Ekologiya Proqramının təxminlərinə görə, ildə 40 min ton elektron əşyalar zibilliyə atılır. Onlardan hələ də istifadəsi mümkün olanı inkişaf etmiş ölkələrə, digərləri isə məhv edilməsi üçün əsasən yoxsul ölkələrə göndərilir. Qərbdən dəniz yolu ilə gətirilən bu zir-zibil demək olar ki, süni dağ yaradır. Halbuki, "Bazel" müqaviləsinə görə, elektron əşyaların qalıqlarının beynəlxalq ticarəti və transferi qadağandır. Ancaq Qana üçün bu ticarət əlverişlidir. Çünki zibillikdəki elektron əşyaların yandırılmasından 22-33 min nəfər çörəkpulu qazanır.

Çində isə vəziyyət tamamilə əksinədir. Çünki bu ölkədə tullantılar həm ekoloji, həm də maddi baxımdan iqtisadiyyata xeyir verir. İstifadə müddəti bitmiş əşyalar yenidən xüsusi zavodlarda emal olunaraq, işlək vəziyyətə gətirilir.

Kasıb ölkələr zibil kimidir. Oradakı zibilliklər ondan da çoxdur...

Günel Həbib

O.M.