"Bakı Metropoliteni"nin kadr komissiyası fəaliyyətə başlayıb - FOTO
"Bakı Metropoliteni" QSC-də kadr komissiyası işə başlayıb.
Qurumun mətbuat xidmətindən Apa-ya verilən məlumata görə, 2015-ci ilin yanvar ayında yaradılan komissiyanın məqsədi kadrların seçilməsi, işə qəbul olunması, səmərəli yerləşdirilməsi və yerdəyişməsi, karyera yüksəlişinin planlaşdırılması, peşəkarlıq səviyyəsinin artırılması, xidməti fəaliyyətin qiymətləndirilməsi, işçilərin təklif və rəylərinə baxılması və digər müvafiq işlərin təkmilləşdirilməsidir.
Komissiya namizədlərin hazırlığının, bilik səviyyəsinin, ümumi dünyagörüşünün, karyera yüksəlişinə layiqli olmasının müəyyən edilməsi məqsədilə aşkarlıq şəraitində şəffaflıq əsasında müsabiqə keçirilməsini təmin edir. Müsabiqə iki mərhələli olmaqla, test imtahanından və müsahibədən ibarətdir.
Mediainfo.az