Rusiyada taksi sürücülərinin tətili başlayıb
Rusiyada taksi sürücülərinin 3 günlük tətili başlayıb. Apa-nın Rusiyanın "Taksi forum" ictimai hərəkatın saytına istinadən verdiyi məlumata görə, taksi sürücüləri taksi sifarişi zamanı "Yandex.Taksi", Uber və GetTaxi kimi servislərdən istifadə edilməsinə qarşı çıxış edirlər.
Aksiya təşkilatçıları hesab edirlər ki, sözügedən servislərin komissiya haqları həddindən artıq çoxdur.
Taksi sürücülərinə fevralın 13-dən 15-dək işə çıxmamaq məsləhət görülüb.
Bu gün təkcə Moskvada 8 min taksi sürücüsünün işə çıxmadığı bildirilir.
Mediainfo.az
Digər xəbərlər