Gürcüstanda qazın qiyməti qalxır

Gürcüstanda qazın qiyməti qalxır

3 Fevral 2015 14:42
Bəyəndim (0) Bəyənmədim (0)

SOCAR Georgiya şirkəti təbii qazın qiymətini qaldıracaq. AzərTAc-ın məlumatına görə, şirkət martın 1-dən çörəkbişirmə kombinatları istisna olmaqla bütün kommersiya şirkətləri üçün təbii qazın qiymətini 15 tetri artıracaq. Bu barədə şirkətin özü məlumat verib. buna səbəb Gürcüstan milli valyutası - larinin kursunun aşağı düşməsi olub.

Martın 1-dən bütün kommersiya şirkətləri (çörəkbişirmə şirkətləri istisna olmaqla) istifadə etdikləri təbii qazın 1 kubmetri üçün ƏDV də daxil olmaqla 90 tetri ödəyəcəklər. Bu gün isə şirkətlər işlətdikləri qazın 1 kubmetri üçün 75 tetri ödəyirlər.

Mediainfo.az