Səlim Müslümov Abşeronda qəbul keçirib

Səlim Müslümov Abşeronda qəbul keçirib

30 Yanvar 2015 15:42
335
Bəyəndim (0) Bəyənmədim (0)

"Növbədə olan müharibə əlilləri və şəhid ailələrini mənzillə təmin etmək məqsədi ilə ayrılan ilkin vəsait hesabına bu il ümumilikdə 1031 ədəd mənzilin bu kateqoriyadan olan şəxslərə verilməsi nəzərdə tutulur".Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Abşeronda vətəndaşları qəbul edərkən məlumat verib.

Nazir bu il Bakının Nərimanov rayonunda gözdən əlilliyi olan şəxslər üçün çoxmənzilli yaşayış binasının, eləcə də reabilitasiya əhəmiyyətli bir sıra yeni sosial obyektlərin də istifadəyə veriləcəyini bildirib: "Bunlar onu göstərir ki, prezident İlham Əliyevin bəyan etdiyi kimi, 2015-ci il ərzində də bütün sosial proqramlar uğurla davam etdiriləcək və əhalinin sosial müdafiəsi sahəsində yeni mühüm addımlar atılacaq".

Qəbul zamanı Abşeron, Qubadlı, Xızı rayonlarının və Sumqayıt şəhərinin sakinlərinin fərdi qaydada müraciətləri dinlənilib. Müraciətlər əsasən mənzil təminatı, münasib işlə, reabilitasiya vasitələri və bərpa-müalicə xidməti ilə təmin olunma, peşə hazırlığına cəlb edilmə, əmək hüquqlarının müdafiəsi və digər məsələləri əhatə edib.

S.Müslümov tərəfindən bir sıra şəxslərin ehtiyac duyduqları reabilitasiya vasitələri və bərpa-müalicə xidməti ilə təmin olunmalarına, peşə reabilitasiyasına cəlb edilmələrinə, eləcə də araşdırılması müəyyən vaxt tələb edən məsələlərin qısa vaxtda araşdırılaraq qanunvericiliyə uyğun tədbirlər görülməsinə dair tapşırıqlar verilib.

S.Müslümov ünvanlı yardım üçün müraciət edən ailələrin gəlir imkanlarının artırılması üçün ilk növbədə onların əmək qabiliyyətli üzvlərinin səmərəli məşğulluğuna köməklik göstərilməsini, müraciətləri əsasında ayrı-ayrı şəxslərin əlillik müayinəsinə cəlb edilməsini tapşırıb.

Mediainfo.az