Ukrayna ilə ABŞ arasında mühüm sənəd imzalandı

Ukrayna ilə ABŞ arasında mühüm sənəd imzalandı

28 Yanvar 2015 15:51
Bəyəndim (0) Bəyənmədim (0)

Kiyevdə bu gün Ukrayna ilə ABŞ arasında mühüm sənəd imzalanıb. Belə ki, razılaşmaya əsasən Amerika Birləşmiş Ştatları Ukraynaya 2 milyard dollar məbləğində kredit verəcək. Bu vəsait əsasən sosial xərclər üçün verilir.

ANS-in məlumatına görə, ABŞ-ın maliyyə naziri Cak Lyu imzalanma mərasimindən sonra bildirib ki, biz lazım gələrsə Rusiyaya qarşı sanksiyaları daha da kəskinləşdirə bilərik.

Xatırladaq ki, Avropa İttifaqı da bu ay Ukrayna iqtisadiyyatına dəstək üçün 1,8 milyard avro ayrılacağını vəd edib.

Mediainfo.az