İstanbulda II Aviasiya və Kosmik Qüvvələr Konfransı keçiriləcək

İstanbulda II Aviasiya və Kosmik Qüvvələr Konfransı keçiriləcək

27 Yanvar 2015 15:02
Bəyəndim (0) Bəyənmədim (0)

Aprel ayının 1-dən 3-dək İstanbulda Türkiyə Hərbi Hava Qüvvələrinin təşkilatçılığı ilə İCAP-2015 ikinci beynəlxalq Aviasiya və Kosmik Qüvvələr Konfransı keçiriləcək.

Apa-nın Türkiyə Hava Qüvvələrinə istinadən verdiyi məlumata görə, konfransda aviasiya və kosmik sahədə yaxın keçmişdə həyata keçirilən əməliyyatlar dəyərləndiriləcək, bu sahədə müxtəlif dövlətlərin təcrübəsi bölüşüləcək.

Konfrans "Son dövrlərdə böhranlar və hərbi əməliyyatlarda hava və kosmik güc", "Modern hava gücü üçün komanda kontrol, kəşfiyyat və nəzarət", "Döyüş aviasiyası və kosmik qüvvələrinin davamlılığı", "Gələcəyin aviasiya və kosmik qüvvələrində insan faktoru" panellərdə davam edəcək.

Konfransa Azərbaycan da daxil olmaqla çox sayda ölkədən Hərbi Hava Qüvvələri komandanları, o cümlədən NATO- nun hərbi aviasiya və kosmik əməliyyatlara məsul strukturlarının rəhbərlərinin qatılması gözlənilir.

Mediainfo.az