Səhər metroda nasazlıq yaranıb

Səhər metroda nasazlıq yaranıb

27 Yanvar 2015 09:55
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Bakı metrosunun Dərnəgül-Həzi Aslanov xətti istiqamətində hərəkət edən qatarda gecikmə yaranıb.


.Səhər saatlarında metronun 23 saylı qatarının 4-cü vaqonunun qapılarında nasazlıq baş verib. Məsələ ilə əlaqədar "Bakı Metropoliteni" QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib ki, nasazlıq metronun "Nizami" stansiyasında olub. "Yaranmış vəziyyət nəticəsində sərnişinlər həmin stansiyada düşürülüb və qatar depoya gedib. Onun yerinə ehtiyat qatar xəttə buraxılıb", - deyə N. Paşayev qeyd edib.

Mediainfo.az