Cavid Qurbanov:  “Keçid dövrü başlayıb”

Cavid Qurbanov: “Keçid dövrü başlayıb”

26 Yanvar 2015 15:36
Bəyəndim (0) Bəyənmədim (0)

"Artıq ölkəmizin yol infrastrukturunda kəmiyyətdən keyfiyyətə keçid dövrü başlayıb".

Qeyd olunub ki, Azərbaycanda son 11 ildə çoxlu sayda irihəcmli yol, körpü, qovşaq və digər bu kim layihələr həyata keçirilib. Tikilən və yenidən qurulan yollar əsasən beynəlxalq marşrutların tərkibi olan yollardır və bu gün ölkəmizdən keçən nəqliyyat dəhlizlərinin böyük hissəsi artıq müasir standartlara cavab verir.

Yol layihələrinin icrası külli miqdarda vəsait tələb etdiyini və onların davamlılığını və uzunömürlülüyünü artırmaq üçün tikinti işləri zamanı ən son tikinti texnologiyalarından istifadə etməyin vacibliyini vurğulayan C.Qurbanov deyib: "Müasir dünyada innovativ texnologiyalar durmadan inkişaf etməkdədir. Bu yeniliklərdən yararlanmaq, ən son texnologiyaların ölkəmizə gətirilməsi bizim üçün də prioritet məsələlərdəndir. Bugünkü konfransın keçirilməsində əsas məqsədimiz də buraya dəvət edilmiş və yeni texnologiyaların istehsalı ilə məşğul olan ölkələrin şirkətləri ilə təcrübə mübadiləsi aparmaq və bu texnologiyaların respublikamızın yol tikintisi işlərində tətbiqinin miqyasını artırmaqdan ibarətdir".

Qeyd edək ki, ikigünlük konfransda ABŞ, İngiltərə, Türkiyə, Fransa, Litva, Rusiya, İsveç, Almaniya, Hollandiya və digər ölkələrdən yol tikintisi üzrə ixtisaslaşmış nüfuzlu şirkətlər təqdimatlarla çıxış edir, təcrübələrini paylaşırlar.

Mediainfo.az