200 London taksisi Bakıya gətirildi

200 London taksisi Bakıya gətirildi

22 Yanvar 2015 11:31
Bəyəndim (0) Bəyənmədim (0)

Birinci Avropa Oyunları ərəfəsində paytaxta daha 200 ədəd London taksisi gətirilib.

Bu barədə AzərTAc-a məlumat verən Nəqliyyat Nazirliyinin mətbuat katibi Namiq Həsənov deyib ki, əlavə 300 taksi də yaxın vaxtlarda Bakıya çatdırılacaq. Həmçinin sərnişindaşıma fəaliyyəti ilə məşğul olan "Xalq Faiqoğlu" MMC tərəfindən 300 sərnişin avtobusu da sifariş edilib. Onlardan 50-si artıq Bakıdadır və marşrutlara buraxılır.

Paytaxtdakı avtobus dayanacaqlarının Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi ilə əlaqəsinin təmin olunmasından da danışan N.Həsənov bildirib ki, mövcud 664 avtobus dayanacağının böyük əksəriyyəti mərkəzin sisteminə qoşulub. Yalnız 15-20 dayanacaqla ya optik kabelin çəkilməməsi, ya da tikinti işləri ilə əlaqədar olaraq əlaqə yaradılmayıb: "Əgər bu dayanacaqlar birinci Avropa Oyunları zamanı qonaqlara xidmət göstərəcək avtobusların marşrut xətləri üzərində yerləşəcəksə, onların da mərkəzlə əlaqəsi yaradılacaq. Eyni zamanda, bu marşrut üzərində yerləşən dayanacaqlarda wi-fi sisteminin yaradılması da nəzərdə tutulur. Hazırda 640-dan çox dayanacağın mərkəzlə əlaqəsi yaradılıb".

Mediainfo.az