Nazir Saatlıda vətəndaşlarla görüşəcək

Nazir Saatlıda vətəndaşlarla görüşəcək

21 Yanvar 2015 16:01
Bəyəndim (0) Bəyənmədim (0)

Səhiyyə Naziri Oqtay Şirəliyev yanvarın 22-də saat 11:00-da Saatlı Mərkəzi rayon xəstəxanasında vətəndaşlar üçün qəbul keçirəcək.

Səhiyyə Nazirliyi Mətbuat xidmətindən verilən məlumata görə, nazir Saatlı, İmişli, Beyləqan, Fizuli rayon sakinlərini qəbul edəcək və səhiyyə sahəsinə dair vətəndaşları maraqlandıran sualları cavablandıracaq.

Qəbulda habelə sakinlərin müraciətləri, şikayət, təklif və fikirləri nazir tərəfindən dinləniləcək və lazımi tədbirlər görüləcək. Qəbula yazılmaq istəyən vətəndaşlar Saatlı Mərkəzi rayon xəstəxanasında qeydiyyatdan keçə bilərlər.

Mediainfo.az