İsveçrənin Davos şəhərində Ümumdünya İqtisadi Forumu başlayır

İsveçrənin Davos şəhərində Ümumdünya İqtisadi Forumu başlayır

21 Yanvar 2015 12:02
459
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün İsveçrənin Davos şəhərində Ümumdünya İqtisadi Forumu başlayır.

Tədbir yanvarın 24-nə kimi davam edəcək. Foruma dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların nümayəndələri, iş adamları, media nümayəndələri qatılacaq. Forumun builki 45-ci iclasının mövzusu "Yeni qlobal kontekst"dir.

Forumun 76 yaşlı təsisçisi və prezidenti Klaus Şvab forum öncəsi müraciətində bu tədbiri cəmiyyətlərin və biznesin birgə çalışdığı mühit adlandırıb. Onun sözlərinə görə, çoxsaylı böhranlar, konfliktlər və iqtisadi problemlərin hökm sürdüyü bir zamanda inam və stabil nizamlılığı bərpa etmək vacibdir.

Terror, ərəb dünyasında vətəndaş müharibələri və qeyr-stabillik forumun əsas mövzularından biridir. Tədbirdə Ukraynada vəziyyət, iqlim dəyişikliyi, "Ebola" virusu, diabet xəstəliyi, monetar siyasət, avrozona, energetika və digər məsələlər də müzakirə olunacaq.

Mediainfo.az