Bakı Vergilər Departamentinə rəis təyin olunub

Bakı Vergilər Departamentinə rəis təyin olunub

19 Yanvar 2015 17:17
Bəyəndim (0) Bəyənmədim (0)

Vergilər Nazirliyində yeni təyinat olub.

Nazirlikdən Apa-ya verilən məlumata görə, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Habil Məmmədov nazirlik yanında yeni yaradılmış Bakı Vergilər Departamentinə rəisi təyin olunub.

Xatırladaq ki, Bakı Vergilər Departamenti Vergi Audit Departamenti ilə Bakı Şəhər Vergilər Departamentinin birləşdirilməsi nəticəsində yaranıb.

Onu da qeyd edək ki, H. Məmmədov bundan əvvəl Vergi Auditi Departamentinə rəhbərlik edib.

Mediainfo.az