Azərbaycan və Türkiyə arasında bir sıra sənədlər imzalanıb

Azərbaycan və Türkiyə arasında bir sıra sənədlər imzalanıb

15 Yanvar 2015 16:39
393
Bəyəndim (0) Bəyənmədim (0)

Prezident İlham Əliyevin Türkiyəyə səfəri çərçivəsində Azərbaycan və Türkiyə arasında bir sıra sənədlər imzalanıb.

Apa-nın Türkiyə müxbirinin verdiyi məlumata görə, imzalanan sənədlərdən biri çirkli pulların təmizlənməsi və terrorizmin maliyyələşdirilməsinin qarşısının alınmasına qarşı məlumat bölüşdürülməsinin artırılması sahəsində əməkdaşlıq protokoludur. Sənəd Türkiyənin Maliyyə Cinayətlərinin Araşdırma Qurumunun sədri İbrahim Hakkı Polad və Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov tərəfindən imzalanıb.

Türkiyənin Gömrük və Ticarət Nazirliyi ilə Azərbaycan Dövlət Gömrük Komitəsi arasında əməkdaşlığı gücləndirmək məqsədilə ortaq komitə qurulmasına dair razılaşma protokoluna Türkiyənin gömrük və ticarət naziri Nurəddin Canikli və Azərbaycanın sənaye və iqtisadi inkişaf naziri Şahin Mustafayev imza atıb.

Daha sonra Türkiyə ilə Azərbaycan arasında yanvarın 15-də Ankarada keçirilmiş Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının toplantısının nəticələri ilə bağlı birgə bəyanat imzalanıb.

Sənədi Azərbaycan prezidenti İlham Əliyev və Türkiyə prezidenti Rəcəb Tayiib Ərdoğan imzalayıblar.

Mediainfo.az