II Azərbaycan Beynəlxalq Müdafiə Sənayesi Sərgisi keçiriləcək

II Azərbaycan Beynəlxalq Müdafiə Sənayesi Sərgisi keçiriləcək

14 Yanvar 2015 14:32
Bəyəndim (0) Bəyənmədim (0)

II Azərbaycan Beynəlxalq Müdafiə Sənayesi Sərgisinin (ADEX) keçiriləcəyi tarix təsdiq olunub.

Sərginin təşkilat komitəsindən Apa-ya verilən məlumata görə, ikinci ADEX sərgisi 27-30 sentyabr 2016-cü il tarixlərində Bakıda keçiriləcək.

Artıq sərginin beynəlxalq səviyyədə tanıtımı və yeni iştirakçıların cəlbi istiqamətində iş aparılır. Bu ilin fevral ayında Birləşmiş Ərəb Əmirliklərinin Abu Dabi şəhərində keçiriləcək İDEX-2015 beynəlxalq müdafiə sərgisində ADEX-2016-nın tanıtımı olacaq.

Qeyd edək ki, I ADEX sərgisi 2014-cü ilin sentyabr ayında keçirilib. Sərgidə 200-dən artıq yerli və xarici şirkət iştirak edib.

Mediainfo.az