Namiq Həsənov: “Gediş haqqı qalxmayacaq”

Namiq Həsənov: “Gediş haqqı qalxmayacaq”

13 Yanvar 2015 17:36
563
Bəyəndim (0) Bəyənmədim (0)

"İctimai nəqliyyatda gediş haqları qaldırılmayacaq. Nəqliyyat Nazirliyi bununla bağlı Tarif Şurasına müraciət etməyib"

"Yanvarın 13-dən etibarən benzinin və dizel yanacağının qiymətinin artmasına baxmayaraq, ictimai nəqliyyatda gediş haqlarının qaldırılması gözlənilmir. Əslində, sahibkarlar da qiymət artımı üçün bizə müraciət edirlər. Nəqliyyat Nazirliyi ötən il qiymət artımı ilə bağlı bir dəfə müraciət etmişdi. Ancaq Tarif Şurası qiymət artımını münasib bilməmişdi. Ondan sonra Nəqliyyat Nazirliyi tərəfindən qiymət artımı ilə bağlı hər hansı müraciət edilməyib. Bu baxımdan deyə bilərəm ki, sərnişin avtobuslarında gediş haqlarının artımı gündəmdə deyil", - deyə N.Həsənov vurğulayıb.

Qeyd edək ki, 2015-ci il 13 yanvar tarixindən etibarən Azərbaycanda Tarif Şurasının qərarı ilə yol vergisi əlavə olunmaqla, Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 72 qəpik, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 62 qəpik müəyyən edilib.

Mediainfo.az