BVF: Neft yenidən 100 dollar olacaq

BVF: Neft yenidən 100 dollar olacaq

13 Yanvar 2015 16:22
Bəyəndim (0) Bəyənmədim (0)

Neftin qiyməti orta müddətli perspektivdə barelli 100 dollar səviyyəsinə qayıda bilər.

Belə bir fikri Beynəlxalq Valyuta Fondunun araşdırmalar üzrə direktoru Kennet Roqoff səsləndirib. O bildirib ki, neftin qiymətinin barelli 100 dollara qayıtmayacağı ilə bağlı səsləndirilən fikirlərlə bağlı mübahisə etməyə hazır olduğunu bildirib.

Beləliklə də BVF-in nümayəndəsi Səudiyyə şahzadəsinin dünya bazarında neftin qiymətinin daha 100 dollara çatmayacağı ilə bağlı bəyanatını da cavablandırmış olub.

Roqoff hesab edib ki, Səudiyyə Ərəbistanı zahirdə hiss etdirməməyə çalışsa da, əslində neftin indiki durumundan çox narahatdır. Belə ki, bu ölkənin iqtisadiyyatının əsas hissəsi neftin ixracından əldə edilir.

Mediainfo.az