“AvtoVAZ” avtomobillərin qiymətini artırır

“AvtoVAZ” avtomobillərin qiymətini artırır

13 Yanvar 2015 15:03
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiyanın "AvtoVAZ" konserni yanvarın 15-dən "Lada" markalı avtomobillərin qiymətini 9% artıracaq. Apa-nın xəbərinə görə, bunu konsernin prezidenti Bu Anderson Rusiyanın TASS agentliyinə bildirib.

Onun sözlərinə görə, bahalaşmaya səbəb dollar və avronun Rusiyada məzənnəsinin artmasıdır.

"Biz bu addımı atmaq məcburiyyətindəyik. Ümid edirdik ki, Rusiya iqtisadiyyatındakı vəziyyət tezliklə düzələr, lakin bu, baş vermədi", - deyə B. Anderson bildirib.

Mediainfo.az