İş adamlarımız İranda keçiriləcək mebel sərgisinə dəvət olunur

İş adamlarımız İranda keçiriləcək mebel sərgisinə dəvət olunur

6 Yanvar 2015 14:33
Bəyəndim (0) Bəyənmədim (0)

İranda IV Beynəlxalq ofis mebeli sərgisi təşkil olunacaq.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (Azpromo) Apa-ya verilən məlumata görə, sərgi yanvarın 14-17-də baş tutacaq.

Azərbaycanda fəaliyyət göstərən sahibkarlar və işgüzar dairələr tədbirdə iştiraka dəvət olunur. Sərgi iştirakçılarına müvafiq maddi güzəştlər təklif olunur.

Sərgidə iştirak etmək istəyən azərbaycanlı sahibkarlar və iş adamları İranın Azərbaycandakı səfirliyinə müraciət edə bilərlər.

Mediainfo.az