Hər bir avropalı dolayı yolla Afinaya 535 avro kömək edir

Hər bir avropalı dolayı yolla Afinaya 535 avro kömək edir

23 İyun 2011 13:32
Bəyəndim (0) Bəyənmədim (0)

"The Warsaw Business Journal"ının yaydığı xəbərə görə, hər bir avropalı dolayı yolla Afinaya 535 avro kömək edir. Bu göstərici "Open Europe" təşkilatından Rafael Rupaelin hesablamaları nəticəsində meydana çıxıb. Onun fikrincə, 2014-cü ildə bu rəqəm 1 450 avroya çata bilər. Qeyd edək ki, Avropa İttifaqının "zəif bəndi" sayılan Yunanıstanın xarici borcu hazırda 300 mlrd. dolları ötüb və ÜDM-i 13,6% üstələyib. Bu, avrozona ölkələri arasında ən yüksək göstəricidir. Ötən il mayın 2-də Avropa İttifaqına (Aİ) üzv olan ölkələrin maliyyə nazirləri Yunanıstana 110 milyard avro kredit ayrılması haqda razılığa gəlib. 3 il müddətinə verilən kredit iki hissəyə bölünəcək - Yunanıstan 80 milyard avronu Aİ-dən, 30 milyard avronu isə Beynəlxalq Valyuta Fondundan alacaq.

Alacağın olsun verəcəyin olmasın.

Tofiq Əliyev

O.M.