Bakıda Azərbaycan-Gürcüstan biznes-forumu keçiriləcək

Bakıda Azərbaycan-Gürcüstan biznes-forumu keçiriləcək

31 Oktyabr 2014 17:24
Bəyəndim (0) Bəyənmədim (0)

Bakıda Azərbaycan-Gürcüstan biznes-forum keçiriləcək. Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (Azpromo) Apa-ya verilən məlumata görə, biznes forum noyabrın 5-də Gürcüstanın Acarıstan Muxtar Respublikasının iqtisadiyyat və maliyyə naziri Davit Baladzenin rəhbərliyi ilə biznes nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində baş tutacaq.

Biznes-forum İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi və Azpromo-nun təşkilatçılığı keçiriləcək.

Biznes-forumda tikinti və turizm sahələri təmsil edən Gürcüstan şirkətləri iştirak edəcəklər. Tədbir zamanı Acarıstanın biznes və investisiya imkanlarına dair təqdimat keçiriləcək və iş adamlarını maraqlandıran suallar cavablandırılacaq.

Azərbaycanda fəaliyyət göstərən sahibkarlar və iş adamları biznes forumda iştirak etməyə dəvət olunur.

Mediainfo.az