Rusiya Azərbaycan qazını almağı planlaşdırır
Rumıniyanın "Transgaz" şirkəti gələcəkdə Azərbaycandan Avropaya nəql olunacaq təbii qazını Bolqarıstan vasitəsilə almaqda maraqlıdır.
"APA-Economics" Rusiyanın "İnterfaks" agentliyinə istinadən xəbər verir ki, bunu Rumıniyanın "Transgaz" şirkətinin İdarə Heyətinin üzvü Boqdan İlieskunun bildirib.
B. İliesku qeyd edib ki, Bolqarıstan-Yunanıstan və Bolqarıstan-Rumıniya birləşmələrinin tikintisi başa çatdıqdan sonra, Trans-Adriatik qaz kəməri (TAP) ilə nəql olunacaq Azərbaycan qazını bu borularla da nəql etmək mümkün olacaq: "Bolqarıstan vasitəsilə nəql olunan təbii qazı Rumıniyaya çatdırıla bilər. Bundan sonra isə daha bir birləşmə ilə bu qaz Macarıstana, oradan isə Avstriya vasitəsilə ilə Avropa bazarlarına çatdırılacaq".
Mediainfo.az









































.jpg)
.jpg)
.jpg)
















































