Bakıda Azərbaycan-Rusiya biznes forumu keçiriləcək

Bakıda Azərbaycan-Rusiya biznes forumu keçiriləcək

9 Oktyabr 2014 14:13
Bəyəndim (0) Bəyənmədim (0)

Bakıda növbəti Azərbaycan-Rusiya biznes forumu keçiriləcək. Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (Azpromo) Apa-ya verilən məlumata görə, biznes forum oktyabrın 16-da Rusiyanın Sankt-Peterburq şəhərinin iş adamlarından ibarət nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində baş tutacaq.

Forum İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi və Azpromo-nun təşkilatçılığı keçiriləcək.

Biznes forumda iqtisadiyyatın müxtəlif sahələrinin təmsil edən 15-dək Rusiya şirkətinin iştirakı nəzərdə tutulur. Azərbaycanlı iş adamları və sahibkarlar biznes forumda iştirak etməyə dəvət edilir.

Qeyd edək ki, bu, bu il Azərbaycanla Rusiya arasında baş tutan sayca 5-ci biznes forumdur.

Mediainfo.az