Türklər Ermənistanda inşaata başlayırlar

Türklər Ermənistanda inşaata başlayırlar

30 Sentyabr 2014 13:18
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyənin "Öztürkler Holding"i Ermənistanda inşaat layihəsi həyata keçirməyə başlayıb. "Sabah" qəzetinə istinadən verdiyi xəbərə görə, bunu holdinqin İdarə Heyətinin sədri Yusuf Öztürk deyib.

İş adamı layihənin yaşayış binasının tikintisindən ibarət olduğunu bildirib: "İrəvanda yaşayış binasının tikintisinə başlamışıq. Mən oraya maliyyə yatıran ilk türk iş adamıyam. Kiçik bir ölkədir, ancaq burda kifayət qədər maliyyə var".

Qeyd edək ki, "Öztürkler Holding" Afrika və ərəb ölkələrində həyata keçirdiyi tikinti layihələri ilə tanınır.

Mediainfo.az