Quba daxil olmaqla bir çox rayonlarda təbii qaz olmayacaq

Quba daxil olmaqla bir çox rayonlarda təbii qaz olmayacaq

30 Sentyabr 2014 10:55
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq. Belə ki, saat 14:00-dan 16:00-dək Quba rayonunun bir hissəsinə, saat 15:00-dan 17:00-dək Xəzər rayonunu bir hissəsinə, saat 18:00-dək Sabunçu, Ağstafa və Tovuz rayonlarının bir hissəsinə, işlər başa çatanadək isə Oğuz rayonuna və Qobustan rayonunun bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq. Fasilələrin yaranması qaz nəqli sistemində və qaz təchizatı şəbəkəsində təmir-quraşdırma işlərinin aparılması ilə əlaqədardır.

Mediainfo.az