380 kq ərzaq malları satışdan çıxarılaraq məhv edilib

380 kq ərzaq malları satışdan çıxarılaraq məhv edilib

16 İyun 2011 17:20
Bəyəndim (0) Bəyənmədim (0)

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən növbəti monitorinq keçirilib. Monitorinq zamanı Bakının Yasamal rayonunda H.Cavid prospektində Xanlar Qasımlıya, Gülşən Süleymanovaya və "Maral" hamam-camaşırxana kiçik müəssisəsinə məxsus mağazalarda, Şərifzadə küçəsində Sənan Nərimanova və Oruc Musayevə məxsus mağazalarda, N.Nərimanov prospekti, ev 127, məhəllə 468/472 ünvanında Könül Əskərovaya məxsus mağazada, İnşaatçılar prospekti, ev 38 ünvanında Rafiq Hüseynova məxsus mağazada, Şəmkir rayonunda S.Vurğun küçəsi, 196 ünvanında Rövşən Məmmədova məxsus mağazada, Ağdam rayonunda Quzanlı qəsəbəsi, H.Əliyev prospektində Fərhad Abdullayevə məxsus mağazada, Qazax rayonunda H.Əliyev prospekti, 76 ünvanında Mayil Mahmudova məxsus mağazada, Ağstafa rayonunda Dəmiryol idarəsinin 1-ci mərtəbəsində Fərid Vəliyevə məxsus mağazada, ümumi çəkisi 380 kiloqrama yaxın olan saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan ərzaq malları aşkar olunub, satışdan çıxarılaraq məhv edilib. Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.

Tofiq Əliyev

O.M.