"Dördlər" şadlıq sarayında ciddi yoxlama aparıldı

"Dördlər" şadlıq sarayında ciddi yoxlama aparıldı

25 Sentyabr 2014 12:42
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin Salyan Ərazi İdarəsi tərəfindən Neftçala rayonu, Dördlər kəndində yerləşən fiziki şəxs Əsədova Elnarə Abasət qızına məxsus "Dördlər" şadlıq sarayında dövlət nəzarəti tədbirləri həyata keçirilib. Müəssisə toy, nişan, ad günləri, banket, ailəvi mərasimlər keçirilməsi xidmətlərini həyata keçirir.

Araşdırma zamanı məlum olub ki, şadlıq sarayının zalının giriş (vestibül) sahəsi zalın sahəsinin ¼- ölçüsündə olmalıdır, lakin zalın giriş sahəsi (vestibül) normativ sənəddə nəzərdə tutulandan kiçikdir. Belə ki, zalın sahəsi 800m2 olduğu halda girişin sahəsi 100m2-dir, qarderob , bəy-gəlin, inzibatçı və artistlərin otaqları mövcud deyil, sarayın mətbəxi AZS 746-2012 (4.1.10) tələblərinə uyğun deyil. Belə ki, soyuq qəlyanaltıların hazırlanması, isti yeməklərin bişirilməsi, manqal yeməklərinin hazırlanması üçün ayrıca otaqlar mövcud deyil, mətbəxdə qabyuma otağı mövcuddur lakin qabyuma maşınları ilə təmin olunmamışdır, ət üçün ayrıca sahə olsa da, toyuğun və balığın qəbulu, kəsilməsi, hissələrə ayrılması üçün ayrıca otaq, yaxud bölmə ayrılmamışdır. Xammalların və hazırlanmış məhsulların (yağ, xama, mayonez, alkoqolsuz içkilərin, hazırlanmış salatların və.s) saxlanılması üçün ayrı-ayrı soyuducu kameralar nəzərdə tutulmamış və hazırda istifadə edilən soyuducu kameranın temperatur göstəricisi mövcud deyil, nəticədə xammalların və hazır məhsulların saxlanılma rejimlərinə nəzarət edilməsi üçün şərait yoxdur.

Aşkar edilmiş nöqsanlarla bağlı məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edilmişdir.

Mediainfo.az