“Odnoklassniki” sosial şəbəkəsinin rəhbəri istefa verdi
Məşhur sosial şəbəkələrin birində kadr dəyişikliyi baş verib. "Ведомости (Məlumatlar)" qəzetinin xəbərinə görə, Mail.ru Group-un vitse prezidenti İlya Şirokov qrupa daxil olan "Одноклассники (Sinif yoldaşları)" sosial şəbəkəsinin rəhbəri vəzifəsindən istefa verib.
Mail.ru-nun təmsilçisi Kseniya Çobanenko bildirib ki, cari ilin 1 oktyabr tarixindən adıçəkilən sosial şəbəkəyə texniki direktor Anton Fedçin təyin olunacaq. İlya Şirokov isə öz vəzifəsini ilin sonunadək davam etdirəcək və bu müddət ərzində "Одноклассники"-nin yeni rəhbəri ilə birlikdə çalışacaq.
Qeyd edək ki, İlya Şirokov istefaya getmək istəyini özünə məxsus beynəlxalq layihələri ilə əsaslandırıb.
Xatırladaq ki, İlya Şirokov "Одноклассники"-də 2009-cu ildən bəri çalışır və 2010-cu ilin martından həmin sosial şəbəkəyə rəhbərlik edir. Buna qədər o, "Мой круг (Mənim çevrəm)" adlı sosial şəbəkə yaradıb və 2007-ci ildə "Yandex"-ə satıb.
Mediainfo.az

























































































