Anar Qədirli:“ Xaricə müalicə almağa gedən insanlara yalnız Azərbaycanda təsadüf olunmur”

Anar Qədirli:“ Xaricə müalicə almağa gedən insanlara yalnız Azərbaycanda təsadüf olunmur”

24 Sentyabr 2014 15:06
Bəyəndim (0) Bəyənmədim (0)

"Azərbaycanda dövlət xəstəxanalarına müraciət edən insanların sayı artıb. 4-5 il əvvəl poliklinikalar ölü qurum idi. İnsanlar bura yalnız arayış almaq üçün müraciət edirdilər. Ancaq artıq poliklinikalara müraciət edənlərin sayı da çoxalıb"

A.Qədirli səhiyyədə islahatlar keçirilən son 7-8 il ərzində 100-ə yaxın tibb işçisinə töhmət verildiyini, 70-ə yaxın işçinin çıxarıldiğini deyib. Onlardan 9-u baş həkim olub. "Rüşvətlə mübarizədə də irəliləyişlər əldə olunub. Lakin bu işdə insanlar da bizə kömək etməlidirlər. Özləri də öz sağlamlıqlarının qeydinə qalmalıdırlar".