“Kənd süfrəsi” restoranında çoxsaylı qanun pozuntuları və antisanitariya halları aşkar olundu
Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti "Şahin-9" şəxsi firmasına məxsus "Kənd süfrəsi" restoranında dövlət nəzarəti tədbirləri həyata keçirib.
Araşdırma zamanı bir sıra nöqsanlar aşkar edilib. Belə ki, müəssisədə ictimai iaşə xidməti göstərilməsi üçün zəruri olan normativ sənədlərin olmadığı, xidmət göstərən işçilərin tibbi kartları, müvafiq peşə üzrə təhsillərini sübut edən sənədlərinin olmadığı, müəssisədə istismar olunan 1 ədəd temperatur göstəricisi və 1 ədəd elektron tərəzi müqayisəli yoxlamadan keçirilmədiyi, məhsulların istehsalında istifadə olunan xammalların və məhsulların qablaşdırılmasında istifadə olunan bir dəfəlik qabların uyğunluq və gigiyenik sertifikatlarının olmadığı, soyuducuda mal qonşuluğu gözlənilmədiyi, gigiyenik cəhətdən məhsulların düzgün saxlanılmadığı aşkar edilib. Həmçinin müəssisədən götürülən salat nümunələri zamanı bağırsaq çöpləri qrupundan olan bakteriyalar aşkar olunub.
Yoxlamanın nəticəsi olaraq müəssisənin istehsal etdiyi bəzi məhsulların satışı barədə məhdudlaşdırıcı qərar qəbul edilib və İnzibati Xətalar Məcəlləsinə uyğun inzibati qaydada cərimə tətbiq edilib.
Mediainfo.az











































































.jpg-2.jpg)












