"Loreal" məhsullarının idxalında ciddi qanun pozuntusu aşkar edildi

"Loreal" məhsullarının idxalında ciddi qanun pozuntusu aşkar edildi

23 Sentyabr 2014 12:52
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycana idxal olunan bir çox kosmetika vasitələri ilə bağlı yoxlamalar davam etdirilir. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri Yasamal rayonu, İnşaatçılar pr., ev.494/1. ünvanında yerləşən "Proqress-NPR-LP" MMC-də dövlət nəzarəti tədbirləri həyata keçirilib. Müəssisə İspaniyadan "Kerastase" əmtəə nişanlı saç kremləri, şampunlar, "İnoa" əmtəə nişanlı saç boyaları, "Luacolor", "Majirel" əmtəə nişanlı saç boyaları və "Loreal" əmtəə nişanlı şampun və maskaların idxalı ilə məşğuldur.

Araşdırma zamanı müəssisənin idxal etdiyi məhsulların üzərindəki etiketlərdə Azərbaycan dilində heç bir məlumatın olmadığı aydın olub. Bu da "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununa ziddir. Belə ki, Azərbaycan Respublikasına idxal edilən mal və məhsulların üzərindəki etiketlər və adlar, onlardan istifadə qaydaları barədə izahat vərəqələri başqa dillərlə yanaşı, Azərbaycan dilinə tərcüməsi ilə müşayiət olunmalıdır.

Aşkar olunan nöqsanlarla bağlı məhdudlaşdırıcı tədbirlərin tətbiqi haqqında qərar verilib.

Mediainfo.az