Azərbaycan istehlakçılarına 8 ayda 14 mlrd manata yaxın əmtəə satılıb
Bu ilin yanvar-avqust aylarında pərakəndə ticarət subyektlərində istehlakçılara 13,6 milyard manatlıq və ya 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 9,3 faiz çox əmtəə satılıb. İstehlak mallarının 50,3 faizini qida məhsulları, içkilər və tütün məmulatları, 49,7 faizini qeyri-ərzaq malları təşkil edib.
Dövlət Statistika Komitəsindən AzərTAc-a verilən məlumata görə, elektron pərakəndə ticarət dövriyyəsinin həcmi ötən ilin yanvar-avqust aylarına nisbətən 6,9 faiz artaraq 1,7 milyon manata çatıb. Əhali real vaxt rejimində sifariş verdiyi istehlak mallarının 78,4 faizini hüquqi, 21,6 faizini fərdi sahibkarların ticarət şəbəkələrindən alıb. Elektron ticarət dövriyyəsinin 88,9 faizi qeyri-ərzaq mallarından ibarət olub.
Mediainfo.az
Digər xəbərlər

























































































