“Yıldız Elektrik” MMC-də kütləvi qanun pozuntuları aşkar edildi

“Yıldız Elektrik” MMC-də kütləvi qanun pozuntuları aşkar edildi

19 Sentyabr 2014 12:10
Bəyəndim (0) Bəyənmədim (0)

"Yıldız Elektrik" MMC-də kütləvi qanun pozuntuları aşkar edilib. Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən Mediainfo.az-a verilən məlumata görə, Komitə yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti Bakı şəhəri Nərimanov rayonu, Əhməd rəcəbli küçəsi, ev 48 "A" ünvanında fəaliyyət göstərən Murad Davudova məxsus "Yıldız Elektrik" MMC-də nəzarət tədbirləri həyata keçirib.

Aparılan yoxlamalar zamanı müəssisənin elektrik avadanlıqlarının idxalı və satışı ilə məşğul olduğu aşkar edilib. Türkiyə Respublikasının istehsalı olan bu avadanlıqların ("GücBir" nişanlı generatorlar, "Öznur" nişanlı kabellər, "Kale Hırdavat və Makina A.S" şirkətinin istehsalı olan əl alətləri, "Viko elektrik və elektronik endustrisi San.və tic.a.S" və şirkətinin elektrik açarları), "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununun, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 1iyul tarixli 343 saylı Qərarının tələblərinə zidd olaraq AZS Milli sertifikatlaşdırma sistemində sertifikatlaşdırılmadan realizə edildiyi müəyyən olunub.

Aşkar edilmiş nöqsanlarla bağlı idxal edilmiş məhsulların satışının qadağan edilməsi ilə bağlı məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edilib.

Mediainfo.az