Türkiyə prezidenti: “İŞİD-dən neft alınması barədə məlumatlar yalandır”

Türkiyə prezidenti: “İŞİD-dən neft alınması barədə məlumatlar yalandır”

16 Sentyabr 2014 15:58
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ərəb ölkələrinin təzyiqi ilə Qətərdən çıxarılması gözlənilən "Müsəlman qardaşları" liderlərinin Türkiyədə sığınacaq tapa biləcəyini istisna etməyib.

Apa - nın "Reuters"ə istinadən verdiyi məlumata görə, Ərdoğan qeyd edib ki, müraciət olsa, baxıldıqdan sonra qərar veriləcək.

"Həmin adamlarla bağlı problemin olub-olmadığı araşdırılmalıdır. Əgər hər hansı problem yoxdursa, bütün əcnəbilər Türkiyədə necə qonaq olurlarsa, onlar da gələ bilərlər", – deyə o qeyd edib.

Prezident həmçinin Türkiyənin "İslam dövləti"ndən neft alması barədə məlumatları şərh edib: "Belə bir şey ola bilməz. Yalandır. Əgər kimsə qeyri-leqal yolla İŞİD-dən neft alıbsa, biz bunu istisna etmirik. Lakin dövlətin onlarla heç bir əməkdaşlığı yoxdur".

Mediainfo.az