
Müdafiə Sənayesi Nazirliyi nayper tüfənglərinin çeşidini artırır
Azərbaycan Müdafiə Sənayesi Nazirliyi (MSN) yerli snayper tüfənglərinin çeşidini artırır.
Müdafiə Sənayesi nazirinin müşaviri Azad Məmmədov bildirib ki, Bakıda ötən həftə keçirilmiş ADEX-2014 I Azərbaycan Müdafiə Sənayesi Sərgisində MSN mühəndisləri tərəfindən yaradılmış və nazirliyin müəssisələrində istehsal olunan 4 snayper tüfəngi nümayiş olunub.
Azərbaycanda istehsal edilən snayper tüfənglərindən ikisi – 14.5 mm çaplı "İstiqlal" və 12.7 mm çaplı "Mübariz" snayper tüfəngləri anti-material xüsusiyyətə malikdir.
Müşavirin sözlərinə görə, digər iki snayper tüfəngi isə 2012-ci ilin sonlarında ilk dəfə təqdim edilmiş "Yalquzaq" snayperi və ilk dəfə ADEX-2014 sərgisində nümayiş etdirilən "Yırtıcı" adlı snayper tüfəngidir.
Mediainfo.az
Digər xəbərlər